Massaçusets ştatı Trampın miqrasiya fərmanına qarşı mübarizədə Nyu-York və Vaşinqtona qoşulacaq

Massaçusets ştatı Trampın miqrasiya fərmanına qarşı mübarizədə Nyu-York və Vaşinqtona qoşulacaq ABŞ prezidentinin ikinci miqrasiya fərmanı martın 6-da imzalanıb
Digər ölkələr
10 Mart , 2017 05:57
Massaçusets ştatı Trampın miqrasiya fərmanına qarşı mübarizədə Nyu-York və Vaşinqtona qoşulacaq

Bakı. 10 mart. REPORT.AZ/ ABŞ-ın Massaçusets ştatı Vaşinqtonun baş prokuroru Bob Ferqyussonun prezident Donald Trampın yeni miqrasiya fərmanına qarşı iddiasına qoşulacaq.

"Report" xəbər verir ki, bu barədə ştatın baş prokuroru xanım Mora Hili öz "Twitter" hesabında yazıb.

"Biz öz səylərimizi birləşdirəcəyik və Trampın qanunsuz "Muslim Ban"nı ilə (Müsəlmanların ölkəyə girişinə qadağa) mübarizə üçün digər ştatlara qoşulacağıq.

O, Trampın hərəkətlərini ayrı-seçkilik və konstitusiyayazidd kimi xarakterizə edib.

Bundan əvvəl Nyu-Yorkun baş prokuroru Erik Şnayderman da Ferqyussonun iddiasına qoşulmaq niyyətində olduğunu demişdi.

Tramp ikinci miqrasiya fərmanını martın 6-da imzalayıb.

Son xəbərlər

Orphus sistemi