Martin Şülts yeni qaçqın böhranından narahatdır

Martin Şülts yeni qaçqın böhranından narahatdır O, Angela Merkelin problemə yanaşmasını tənqid edib
Digər ölkələr
23 İyul , 2017 06:07
Martin Şülts yeni qaçqın böhranından narahatdır

Bakı. 23 iyul. REPORT.AZ/ Almaniyanın Sosial Demokrat Partiyasının sədri Martin Şülts qaçqın böhranının yenidən təkrarlanacağından narahatdır.

"Report"un məlumatına görə, o, Angela Merkelin problemə yanaşmasını tənqid edib.

"2015-ci ildə Almaniyaya milyondan çox qaçqın gəldi - əsasən də nəzarətsiz halda. Həmin vaxt kansler Avstriya ilə sərhədləri açdı. Xoş insani davranış göstərildi, lakin bu bizim avropalı həmkarlarımızla razılaşdırılmadı. Əgər biz indi hem bir addım atmasaq, situasiya təkrarlana bilər", - o qeyd edib. 

Son xəbərlər

Orphus sistemi