Martin Şults Almaniya kansleri postuna namizəd seçilib

Martin Şults Almaniya kansleri postuna namizəd seçilib Siyasətçinin namizədliyi partiyada yekdilliklə dəstəklənib
Digər ölkələr
30 Yanvar , 2017 01:16
Martin Şults Almaniya kansleri postuna namizəd seçilib

Bakı. 30 yanvar. REPORT.AZ/ Avropa Parlamentinin sabiq prezidenti Martin Şults Almaniyanın Sosial Demokrat Partiyası tərəfindən qarşıdakı seçkilərdə vahid namizəd kimi kansler postuna irəli sürülüb.

"Report" "Die Welt" nəşrinə istinadən xəbər verir ki, 61 yaşlı Şultsun namizədliyinə partiyanın idarə heyətinin bütün üzvləri səs veriblər.

Bundan əlavə, Şults həm də bir neçə gün əvvəl Almaniyanın xarici işlər naziri təyin olunmuş Ziqmar Qabrielin yerinə üzvü olduğu partiyanın sədri postuna namizəd kimi irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi