Zelenski martın 22-si İtaliya parlamenti qarşısında çıxış edəcək

Zelenski martın 22-si İtaliya parlamenti qarşısında çıxış edəcək Martın 22-si Ukrayna Prezidenti Volodimir Zelenski italiyalı deputatlar və senatorlar qarşısında video formatında çıxış edəcək.
Digər ölkələr
17 Mart , 2022 18:01
Zelenski martın 22-si İtaliya parlamenti qarşısında çıxış edəcək

Martın 22-si Ukrayna Prezidenti Volodimir Zelenski italiyalı deputatlar və senatorlar qarşısında videoformatda çıxış edəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.

Artıq bir çox ölkələrin qanunverici orqanlarında, o cümlədən ABŞ Konqresində çıxış etmiş Zelenski daha əvvəl aşağı palatanın sədri Roberto Fikodan oxşar təklif alıb.

Bir neçə deputat, xüsusilə də “5 ulduz” hərəkatının təmsilçiləri Zelenskinin parlamentə dəvət olunmasını yersiz hesab edib. Onlar bunu Zelenskinin daha əvvəl Aİ-yə üzv ölkələrin iştirak etdiyi Avropa Parlamentində çıxış etməsi ilə əsaslandırıblar.

Son xəbərlər

Orphus sistemi