Martda KXDR-də parlament seçkiləri keçiriləcək

Martda KXDR-də parlament seçkiləri keçiriləcək Bakı. 9 yanvar. REPORT.AZ/ KXDR-də 14-cü çağırış Ali Xalq Məclisinə (AXM) deputat seçkiləri bu il martın 10-da keçiriləcək.
Digər ölkələr
9 Yanvar , 2019 08:16
Martda KXDR-də parlament seçkiləri keçiriləcək

Bakı. 9 yanvar. REPORT.AZ/ KXDR-də 14-cü çağırış Ali Xalq Məclisinə (AXM) deputat seçkiləri bu il martın 10-da keçiriləcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Bildirilir ki, xalq respublikasında parlament seçkilərinin keçirilməsi barədə qərar AXM-nin prezidiumu tərəfindən ölkə konstitusiyasının 90-cı maddəsinə müvafiq olaraq qəbul edilib.

Bundan əvvəlki seçkilər 2014-cü ilin martında baş tutub.

Son xəbərlər

Orphus sistemi