Marşall adalarında radiasiya səviyyəsi Çernobıl və Fukusimadan yüksəkdir

Marşall adalarında radiasiya səviyyəsi Çernobıl və Fukusimadan yüksəkdir Sakit okeanında yerləşən Marşall adalarının vaxtilə ABŞ tərəfindən nüvə sınaqları keçirilmiş ərazisindəki radiasiya səviyyəsi 1986-cı ildə qəza baş vermiş Çernobıl nüvə reaktoru ətrafında və 2011-ci ildə zəlzələ və sunami nəticəsində nüvə qəzası baş vermiş Fukusima ətrafındakından daha yüksəkdir.
Digər ölkələr
18 İyul , 2019 13:09
Marşall adalarında radiasiya səviyyəsi Çernobıl və Fukusimadan yüksəkdir

"Sakit okeanında yerləşən Marşall adalarının vaxtilə ABŞ tərəfindən nüvə sınaqları keçirilmiş ərazisindəki radiasiya səviyyəsi 1986-cı ildə qəza baş vermiş Çernobıl nüvə reaktoru ətrafında və 2011-ci ildə zəlzələ və sunami nəticəsində nüvə qəzası baş vermiş Fukusima ətrafındakından daha yüksəkdir".

“Report” CNN-ə istinadən xəbər verir ki, ABŞ-ın Kolumbiya Universitetinin əməkdaşları nüvə sınaqlarının keçirildiyi 11 adada radiasiya səviyyəsinə dair tədqiqatlar apararaq 4 adada bu göstəricinin Çernobıl və Fukusimaya nisbətən 1000 dəfə artıq olduğu qənaətinə gəliblər.

Qeyd edək ki, 1946-1958-ci illərdə ABŞ Marşall adalarının şimal ərazisində əhalini köçürtməklə 67 nüvə sınağı həyata keçirib.

Son xəbərlər

Orphus sistemi