Niderlandın Baş naziri səlahiyyətlərini icra edən Mark Rutte NATO-nun növbəti baş katibi olacaq.
"Report" xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
NATO-nun baş katibi vəzifəsinə təyin olunmaq üçün alyansa üzv olan 32 ölkənin hamısının dəstəyi lazım idi və o, artıq bu dəstəyi qazanıb. Macarıstan və Slovakiyanın onu dəstəkləməsindən sonra Rumıniya M.Rutteyə dəstəyini təsdiqləyib, Rumıniya Prezidenti Klaus Yohannis isə NATO-nun Baş katibi postuna namizədliyini geri götürüb.
"Rutte kritik anda NATO rəhbərliyi vəzifəsini öz üzərinə götürəcək. Oktyabrın 2-də Rusiyanın Şərqi Avropadakı təcavüzünün qarşısını almaq üçün ən uğurlu vasitə kimi xidmət edən hərbi ittifaqın taleyini təyin edəcək işə başlayacaq”, - məlumatda qeyd edilib.