Mariya Zaxarova: "MAR-da ölən jurnalistlərin kimliyinin təsdiqi prosesi başa çatıb"

Mariya Zaxarova: "MAR-da ölən jurnalistlərin kimliyinin təsdiqi prosesi başa çatıb" Bakı. 1 avqust. REPORT.AZ/ Mərkəzi Afrika Respublikasında (MAR) ölən jurnalistlərin kimliyinin təsdiqi prosesi başa çatıb, onların kimlikləri təsdiqlənib.
Digər ölkələr
1 Avqust , 2018 12:33
Mariya Zaxarova: MAR-da ölən jurnalistlərin kimliyinin təsdiqi prosesi başa çatıb
0 : 00
0 : 00

Bakı. 1 avqust. REPORT.AZ/ "Mərkəzi Afrika Respublikasında (MAR) ölən jurnalistlərin kimliyinin təsdiqi prosesi başa çatıb, onların kimlikləri təsdiqlənib".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, MAR-da öldürülən jurnalistlərin meyitləri yaxın günlərdə vətənlərinə çatdırılacaq.

O həmçinin ölən jurnalistlərin Afrika ölkəsinə turist kimi daxil olduqlarını söyləyib.

Xatırladaq ki, dünən Rusiyanın MAR-dakı səfirliyi respublikanın paytaxtı Banqidən şimalda yerləşən Sibyu şəhərində 3 nəfərin öldürülməsi ilə bağlı məlumat yayıb. Sonra Rusiya Xarici İşlər Nazirliyindən meyitləri iyulun 30-da aşkar edilmiş şəxslərin üzərindən Kirill Radçenko, Aleksandr Rastorquyev və Orxan Camalın adına olan jurnalist sənədləri tapıldığı bildirilib.

Son xəbərlər

Orphus sistemi