Bakı. 19 sentyabr. REPORT.AZ/ Atlantik okeanında formalaşmış "Mariya" qasırğası beş mümkün dərəcədən sonuncusuna çatıb.
"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Qasırğa Xəbərdarlığı Milli Mərkəzi məlumat yayıb.
Qeyd olunur ki, küləyin maksimal sürəti 250 km/saatı ötə bilər.
Qasırğa mərkəzi Dominikan Respublikasına doğru yaxınlaşır.
Bundan əvvəl "Mariya" dördüncü dərəcəyə qədər güclənmişdi.
***01:58
Bakı. 19 sentyabr. REPORT.AZ/ Atlantik okeanı üzərində formalaşan "Mariya" qasırğası beş ballıq cədvəl üzrə təhlükəli 4-cü dərəcəyə qədər güclənib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Qasırğa Xəbərdarlığı Milli Mərkəzi məlumat yayıb.
"Mariya" 4-cü dərəcəli olduqca təhlükəli qasırğaya çevrilib. Qasırğanın mərkəzi və daxili dairəsi, gözlənildiyi kimi, qarşıdakı bir neçə saat ərzində Dominika ərazisinə keçəcək", - deyə məlumatda bildirilir.
Qasırğanın daxilində küləyin daimi sürəti saatda 215 kilometrə çatır.