​BMT baş katibinin müavini: "Mariupola raket zərbələri separatçıların nəzarət etdiyi ərazilərdən endirilib"

​BMT baş katibinin müavini: "Mariupola raket zərbələri separatçıların nəzarət etdiyi ərazilərdən endirilib" BMT Təhlükəsizlik Şurası Ukraynada baş verən hadisələrlə bağlı iclas keçirib
Digər ölkələr
27 Yanvar , 2015 11:21
​BMT baş katibinin müavini: Mariupola raket zərbələri separatçıların nəzarət etdiyi ərazilərdən endirilib

Bakı. 27 yanvar. REPORT.AZ/ BMT Təhlükəsizlik Şurası Ukraynada baş verən hadisələrlə bağlı iclas keçirib. "Report" BMT-nin xəbər mərkəzinə istinadən məlumat verir ki, jurnalistlər qarşısında çıxış edən BMT baş katibinin siyasi məsələlər üzrə müavini Cefri Feltman Mariupol və Donetskdə baş verən son faciəvi hadisələrdən danışıb.

Feltman qeyd edib ki, BMT baş katibinin münaqişə zonasındakı vəziyyəti stabilləşdirmək və dinc əhalinin müdafiəsini təmin etmək çağırışları cavabsız qalıb. O bildirib ki, yanvarın 21-dən başlayaraq son 5 gün ərzində 50 mülki şəxs həlak olub, 150-dən artıq insan yaralanıb. Şənbə günü, ayın 24-də Mariupol sakinləri raket zərbələrinə məruz qalıb. Nəticədə onlarla sakin həlak olub, yüzlərlə insan xəsarət alıb.

"ATƏT-in monitorinq qrupunun təhlilinə görə, Mariupola raket zərbələri separatçıların nəzarət etdiyi, qondarma Donetsk xalq respublikası ərazilərdən endirilib", - BMT baş katibinin müavini deyib. O xatırladıb ki, Mariupol münaqişə zonasından uzaqda yerləşir. Baş katibin müavininin sözlərinə görə, şəhəri atəşə tutanlar dinc sakinlərə zərbə endirdiklərini biliblər.

"Bu beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır. Biz qəti şəkildə bəyan edirik ki, günahkarlar tapılmalı və cəzalarındırılmalıdır", - Feltman deyib. O, rəsmi Moskvanı atəşin dərhal dayandırılmasını təmin etmək məqsədilə separatçılara təsir göstərməyə çağırıb. 

Son xəbərlər

Orphus sistemi