Türkiyədə terror aktı nəticəsində, 3 nəfər ölüb, 36 nəfər yaralanıb - YENİLƏNİB-2

Türkiyədə terror aktı nəticəsində, 3 nəfər ölüb, 36 nəfər yaralanıb - YENİLƏNİB-2 Terrorçular avtomobili partlatmaqla yanaşı, binanı atəşə tutublar
Digər ölkələr
9 İyul , 2016 17:06
Türkiyədə terror aktı nəticəsində, 3 nəfər ölüb, 36 nəfər yaralanıb - YENİLƏNİB-2

Bakı. 9 iyul. REPORT.AZ/ Türkiyənin Mardin vilayətində baş vermiş terror aktı nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, onlardan ikisi əsgər, biri isə mülki vətəndaşdır. 

Eyni zamanda, 36 nəfər yaralanıb. Onlardan 7-si hərbçidir və üçünün vəziyyəti ağırdır. 

*** 15:00

Türkiyənin Mardin vilayətinin Artuklu rayonunun Cevizli kəndindəki jandarmeriya binasına partlayıcı quraşdırılmış avtomobillə hücum olub.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, əraziyə çoxlu sayda polis, yanğınsöndürən və təcili tibbi yardım maşınları göndərilib.

Terrorçular avtomobili partlatmaqla yanaşı, binanı atəşə tutublar. Nəticədə 1 hərbçi və 1 mülki vətəndaş ölüb. Eyni zamanda, aralarında mülki vətəndaşların da olduğu 10 nəfər yaralanıb. Yaralılar Mardindəki xəstəxanaya qaldırılıblar. 

Son xəbərlər

Orphus sistemi