Maqnus Karlsen ikinci Vüqar Həşimov Memorialının qalibidir

Maqnus Karlsen ikinci Vüqar Həşimov Memorialının qalibidir Yekun turda Karlsen Azərbaycan qrossmeysteri Rauf Məmmədovu məğlubiyyətə uğradıb
Digər ölkələr
26 Aprel , 2015 20:23
Maqnus Karlsen ikinci Vüqar Həşimov Memorialının qalibidir

Bakı. 26 aprel. REPORT.AZ/ Şahmat üzrə hazırki dünya çempionu norveçli Maqnus Karlsen Şəmkirdə keçirilən ikinci Vüqar Həşimov Memorialının qalibidir.

"Report"un AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, yekun turda Maqnus Karlsen ağ fiqurlarla Azərbaycan qrossmeysteri Rauf Məmmədovu məğlubiyyətə uğradıb. Oyun norveçli şahmatçının 35-ci gedişindən sonra başa çatıb.

İki dəfə Vüqar Həşimov Memorialının qalibi olmuş qrossmeyster 9 mümkün xaldan 7 xal toplayıb. Günün digər oyununda italyan Fabiano Karuana və Hindistan şahmatçısı Vişvanatan Anand heç-heçə oynayıblar. Beləliklə V.Anand 6 xal ilə ikinci yeri tutub.

Üçüncü yeri Fabiano Karuana, yaxud hazırda fransız Maksim Vaşye-Laqravla görüşü davam edən amerikalı şahmatçı Uesli So tuta bilər.

Son xəbərlər

Orphus sistemi