Manuel Valls: "Aİ müvafiq tədbirlər həyata keçirməsə, vahid Avropa layihəsi iflasa məruz qala bilər"

Manuel Valls: "Aİ müvafiq tədbirlər həyata keçirməsə, vahid Avropa layihəsi iflasa məruz qala bilər" "Bizə daha güclü və fəal Avropa lazımdır"
Digər ölkələr
13 Fevral , 2016 14:08
Manuel Valls: Aİ müvafiq tədbirlər həyata keçirməsə, vahid Avropa layihəsi iflasa məruz qala bilər

Bakı. 13 fevral. REPORT.AZ/ "Avropa İttifaqı müvafiq tədbirlər həyata keçirməsə, vahid Avropa layihəsi iflasa məruz qala bilər".

"Report" TASS-a istinadən xəbər verir ki, bu sözləri Fransanın baş naziri Manuel Valls deyib.

Münhen Təhlükəsizlik Konfransındakı çıxışı zamanı fransız diplomat Avropanın hər tərəfdən təzyiqə məruz qaldığını bildirib: "Avropa hər tərəfdən təzyiqlərə məruz qalır. O, sanki yol ayrıcındadır. Aİ mütləq tədbir görməlidir. Əks təqdirdə vahid Avropa layihəsi puça çıxacaq".

"Bizə daha güclü və fəal Avropa lazımdır. O, təhdidlərə cavab vermək iqtidarında deyilsə, bütün Avropa strukturu dağıla bilər, Avropa təhlükəsizlik layihəsi isə eqoizm və populizm dalğasının ardınca itib gedəcək", - deyə Valls xəbərdarlıq edib.

Son xəbərlər

Orphus sistemi