Mançesterdəki terrorun məsuliyyətini İŞİD üzərinə götürüb

Mançesterdəki terrorun məsuliyyətini İŞİD üzərinə götürüb Polis idarəsinin nümayəndəsi: “Terrorçu təkbaşına fəaliyyət göstərib”
Digər ölkələr
23 May , 2017 10:33
Mançesterdəki terrorun məsuliyyətini İŞİD üzərinə götürüb

Bakı. 22 may. REPORT.AZ/ Mançesterdə törədilən terrorun məsuliyyətinin terrorçu İŞİD qruplaşması üzərinə götürüb.

“Report” TASSa istinadən xəbər verir ki, bu haqda terrorçu qruplaşma video –çarx yayıb.

İnformasiyaya əsasən, Böyük Mançesterin polis idarəsinin nümayəndəsi İen Hopkins bildirib ki, partlayışı terrorçu-kamikadze təkbaşına törədib. Onun sözlərinə görə, terrorçu hadisə yerində ölüb: “Terrorçu təkbaşına fəaliyyət göstərib. Onun əlaltısının olub-olmaması araşdırılır. Terroru törədən kişi özü ilə birlikdə əldə qayırma partlayıcı qurğu gətirib və onu hadisə yerində işə salıb”.

Qeyd edək ki, mayın 23-də gecə saatlarında Britaniyanın Mançester şəhərində amerikalı müğənni Ariana Qrandenin konsertində törədilən terror aksiyası nəticəsində 22 nəfər ölüb, 59 nəfər isə yaralanıb.

Son xəbərlər

Orphus sistemi