Mançesterdə terror aktı törədən şəxsin adı açıqlanıb

Mançesterdə terror aktı törədən şəxsin adı açıqlanıb O, terrorçu İŞİD qruplaşmasının üzvüdür
Digər ölkələr
23 May , 2017 17:24
Mançesterdə terror aktı törədən şəxsin adı açıqlanıb

Bakı. 23 may. REPORT.AZ/ “Mançesterdə terror aktını Liviya əsilli 22 yaşlı Salman Abedinin törətdiyi müəyyən edilib”.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Tereza Mey Mançesterdə törədilən terror aktı ilə bağlı bütün dünyaya yayımlanan mətbuat konfransında bildirib.

Baş nazir deyib ki, həmin şəxs terrorçu İŞİD qruplaşmasının üzvüdür: "Törətdiyi partlayış nəticəsində onun özü də ölüb". 

Qeyd edək ki, Mançesterdə amerikalı müğənni Ariana Qrandenin konsertində törədilən terror aktı nəticəsində 22 nəfər ölüb, 59 tamaşaçı yaralanıb.

Son xəbərlər

Orphus sistemi