Mançesterdə hava limanı şübhəli əşya səbəbindən təxliyyə olunub

Mançesterdə hava limanı şübhəli əşya səbəbindən təxliyyə olunub Tədbir təhlükəsizlik nəzarətindən keçən əşya ilə bağlı görülüb
Digər ölkələr
26 Aprel , 2018 04:49
Mançesterdə hava limanı şübhəli əşya səbəbindən təxliyyə olunub

Bakı. 26 aprel. REPORT.AZ/ Britaniyada böyüklüyünə görə üçüncü olan Mançester aeroportunun terminalı şübhəli əşyanın tapılması səbəbindən təxliyyə olunub.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb.

"Biz təsdiq edə bilərik ki, ikinci terminalın ərazisi bu gün axşam təhlükəsizlik nəzarətindən keçən əşya ilə bağlı təhlükə səbəbindən qismən təxliyyə olunub", — deyə hava limanı təmsilçisi bildirib.

Aeroport administrasiyası öz "Twitter" səhifəsində qeyd edib ki, bu araşdırma zamanı görülən təhlükəsizlik tədbiridir.

Son xəbərlər

Orphus sistemi