Maltada hava limanı yaxınlığında partlayış baş verib - VİDEO

Maltada hava limanı yaxınlığında partlayış baş verib - VİDEO İnsident fişəng istehsalı fabrikində qeydə alınıb
Digər ölkələr
31 Oktyabr , 2016 00:04
Maltada hava limanı yaxınlığında partlayış baş verib - VİDEO

Bakı. 31 oktyabr. REPORT.AZ/ Maltanın cənubunda, beynəlxalq hava limanı yaxınlığında əvvəlcə güclü, ardınca isə bir qədər zəif silsilə partlayışlar baş verib.

"Report" "Daily Star" qəzetinə istinadən xəbər verir ki, hadisə nəticəsində zərər çəkən olmayıb.

İnsidentin Qudnya kəndində yerləşən fişəng istehsalı fabrikində baş verdiyi ehtimal olunur. Hadisə aeroport ərazisindən 100 metr aralıda qeydə alınıb.

Şahidlərin sözlərinə görə, partlayış dalğası o qədər güclü olub ki, hava limanının terminallarından birində hiss olunub.

Nəşr yazır ki, bir neçə reys təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi