Malta Avropa İttifaqında sədrliyə başlayıb

Malta Avropa İttifaqında sədrliyə başlayıb İyul ayında Malta sədrliyi Estoniyaya verəcək
Digər ölkələr
1 Yanvar , 2017 02:06
Malta Avropa İttifaqında sədrliyə başlayıb

Bakı. 1 yanvar. REPORT.AZ/ Malta bu gündən - yanvar ayının 1-dən altı ay müddətinə Avropa İttifaqı Şurasının sədrliyini qəbul edib.

"Report" xəbər verir ki, Aİ-də sədrlik Slovakiyadan Maltaya keçib.

Bu müddət ərzində Aİ Şurasının sədri ölkənin baş naziri Cozef Muskat olacaq.

Malta sədrliyinin əsas prioritetləri kimi vahid Avropa qaçqın sisteminin möhkəmləndirilməsini, bu sahədə Aİ üzvü olan dövlətlər arasında əməkdaşlıq münasibətlərinin artırılmasını, vahid Avropa bazarının yaradılmasını və s. müəyyən edib.

İyul ayında Malta Aİ-də sədrliyi Estoniyaya verəcək.

Son xəbərlər

Orphus sistemi