Malinin hökumət başçısı xəstəxanaya yerləşdirilib

Malinin hökumət başçısı xəstəxanaya yerləşdirilib Malinin müvəqqəti Baş naziri Çhoqel Kokalla Maiqa şənbə günü Bamakodakı özəl klinikalardan birində xəstəxanaya yerləşdirilib.
Digər ölkələr
14 Avqust , 2022 00:21
Malinin hökumət başçısı xəstəxanaya yerləşdirilib

Malinin müvəqqəti Baş naziri Çoqel Kokalla Maiqa şənbə günü Bamakodakı özəl klinikaya yerləşdirilib.

“Report” xəbər verir ki, bu barədə “Agence France-Presse” adıçəkilən tibb müəssisəsinin həkiminə istinadən məlumat yayıb.

Məlumata görə, 64 yaşlı Maiqa özünü pis hiss edib və xəstəxanaya aparılıb. “İndiki mərhələdə Baş nazirin səhhəti qaydasındadır, o, həkimlərin nəzarəti altındadır”, - mənbə AFP-yə bildirib. Baş nazirin yerləşdirildiyi klinikanın digər həkimi isə hökumət başçısının “kifayət qədər sağaldığını” deyib.

Mali Baş nazirinin katibliyi onun xəstəxanaya yerləşdirilməsi faktını təsdiqləyib. “14 aylıq gərgin işdən sonra Baş nazir Çoqel Kokalla Maiqa həkimi tərəfindən məcburi istirahətə buraxılıb”.

“Baş nazir gələn həftə öz fəaliyyətini bərpa edəcək”, - bunu isə “Journal du Mali” qəzeti bildirib.

Son xəbərlər

Orphus sistemi