Malinin devrilmiş prezidenti BƏƏ-yə müalicəyə getdi

Malinin devrilmiş prezidenti BƏƏ-yə müalicəyə getdi Malinin keçmiş prezidenti İbrahim Bubakar Keyta Əbu-Dabiyə müalicəyə yola düşüb.
Digər ölkələr
412
6 Sentyabr , 2020 04:44
Malinin devrilmiş prezidenti BƏƏ-yə müalicəyə getdi
İbrahim Bubakar Keyt

Malinin keçmiş prezidenti İbrahim Bubakar Keyta Əbu-Dabiyə müalicəyə yola düşüb.

“Report”un məlumatına görə, bu barədə “Reuters” agentliyi bildirib.

Məlumata görə, səfər 10-15 gün davam edəcək.

Daha əvvəl “News-24” xəbərlər portalı bildirib ki, Malinin keçmiş prezidenti xəstəxanadan evə buraxılıb. O, tibb müəssisəsinə sentyabrın 1-də insultla əlaqədar yerləşdirilmişdi.

“Malijet” informasiya portalı isə bildirib ki, Keyta bir qədər əvvəl BƏƏ-nin kardioloji xəstəxanasında əməliyyat edilib. O, avqustda müayinə üçün xəstəxanaya baş çəkməli idi, ancaq Malidə baş vermiş qiyam səbəbindən BƏƏ-yə gedə bilməyib.

Son xəbərlər

Orphus sistemi