Bakı. 19 aprel. REPORT.AZ/ Malidə silahlılar hərbçilərə hücum edib.
"Report"un məlumatına görə, bu barədə "France Presse" xəbər verib.
Xəbərdə bildirilir ki, hadisə ölkənin mərkəzi hissəsində, Qurma-Rarus şəhərindəki hərbi düşərgədə baş verib. Hücum nəticəsində 5 hərbi qulluqçu həlak olub, daha 10 nəfər yaralanıb.
Regionda terrorçuluğa qarşı mübarizə aparan fransız hərbçiləri hadisə yerinə gələrək 10 silahlını zərərsizləşdirə biliblər. BMT-nin Malidəki sülh missiyası hücumu pisləyərək, hadisəni terror aktı adlandırıb. Missiya bildirib ki, yaralı əsgərləri xəstəxanaya yerləşdirmək üçün vertolyot göndərilib.