Yuxarı

​Malidə silahlıların girov götürdüyü şəxslərdən 15-i azad edilib - YENİLƏNİB

Girov götürülənlər arasında Türkiyə, Fransa və Çin vətəndaşları da var

Bakı. 20 noyabr. REPORT.AZ/ Malinin paytaxtı Bamako şəhərində "Radisson Blue" mehmanxanasında silahlıların girov götürdüyü 170 nəfərin 15-i yerli xüsusi təyinatlı polis dəstəsinin keçirdiyi əməliyyat nəticəsində azad edilib.

"Report" xəbər verir ki, bu haqda "Sky News Arabia" telekanalı məlumat yayıb.

Məlumata görə, girov götürülənlər arasında Türkiyə, Fransa və Çin vətəndaşları da var.

*** 13:55

Malinin paytaxtı Bamako şəhərində "Radisson Blue" mehmanxanasına basqın edən silahlılar oradakı insanları girov götürüblər.

"Report" xəbər verir ki, bu haqda "Sky News Arabia" telekanalı məlumat yayıb.

Məlumata görə, basqın edilən zaman mehmanxanada 170 nəfər olub.

Hüquq-mühafizə orqanları girovları azad etmək üçün əməliyyata başlayıb. İlkin informasiyaya əsasən, əməliyyat zamanı 3 nəfər silahlı öldürülüb. 

Xəbərdə bildirilib ki, silahlılar mehmanxanaya diplomatik dövlət nömrə nişanlı avtomobillə gediblər. Lakin bu məlumat rəsmi formada təsdiqlənməyib. 

Hazırda atışma davam edir. Polis mehmanxananın yerləşdiyi ərazini mühasirəyə alıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi