Malidə silahlı şəxslərin hərbi bazaya hücumu nəticəsində 10 hərbçi ölüb

Malidə silahlı şəxslərin hərbi bazaya hücumu nəticəsində 10 hərbçi ölüb Hadisə Burkina-Faso ilə sərhəddəki bazada baş verib
Digər ölkələr
6 Mart , 2017 00:06
Malidə silahlı şəxslərin hərbi bazaya hücumu nəticəsində 10 hərbçi ölüb

Bakı. 6 mart. REPORT.AZ/ Malidə silahlı şəxslərin hərbi bazaya hücumu nəticəsində 10 hərbçi ölüb.

"Report" xəbər verir ki, bu barədə "France Presse" məlumat yayıb. 

Məlumata görə, hadisə Burkina-Faso ilə sərhəddəki bazada baş verib. Belə ki, naməlum silahlılar Mali - Burkina-Faso sərhədindəki Bulekesi kommunasındakı bazaya hücum ediblər.

"Biz 10 hərbçi itirdik. Terrorçular Burkina-Faso ilə sərhəddəki mövqelərimizdən birinə hücum etdilər. Daha bir neçə hərbçimiz sağ qalıb. Lakin onlar Burkina-Fasoda sığınacaq tapıblar" – deyə Mali ordusundakı mənbə bildirib.

Digər mənbənin sözlərinə görə, Mali ordusunun komandanı itkin düşmüş hesab edilir. Hücum zamanı daha bir zabit öldürülüb.

Son xəbərlər

Orphus sistemi