Bakı. 29 mart. REPORT.AZ/ Malinin Bandiaqara şəhərində 5 nəfərdən ibarət qrup "La Falaise" otelinə silahlı hücum edib.
“Report” yerli mətbuata istinadən xəbər verir ki, silahlılar otelin mühafizə olunan girişinə gələrək atəş açıblar və cavab atəşi ilə qarşılaşıblar.
Atışma nəticəsində otelin biri mühafizəçi olmaqla 3 əməkdaşı yaralanıb. Sonradan mühafizəçi keçinib. Silahlılardan biri məhv edilib, digərləri qaçmağa müvəffəq olub.