​Malidə otelə hücum nəticəsində ümumilikdə 21 nəfər öldürülüb

​Malidə otelə hücum nəticəsində ümumilikdə 21 nəfər öldürülüb Daha yeddi nəfərin yaralandığı bildirilir
Digər ölkələr
21 Noyabr , 2015 08:04
​Malidə otelə hücum nəticəsində ümumilikdə 21 nəfər öldürülüb

Bakı. 21 noyabr. REPORT.AZ/ Mali prezidenti İbrahim Bubakar Keyta ölkə paytaxtı Bamakoda otelə hücum və insanların girov götürülməsi nəticəsində 19 nəfərin öldüyünü və 7 nəfərin yaralandığını bildirib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, o, hücumu təşkil edən iki yaraqlının öldürüldüyünü də əlavə edib.

Beləliklə, ölənlərin ümumi sayı 21 nəfər təşkil edir.

Bundan əvvəl, BMT-nin sülhməramlı missiyasının məlumatına görə, Malidəki "Radisson Blu" mehmanxanasında 27 nəfərin meyitinin aşkarlandığı bildirilmişdi.

Noyabrın 20-si səhər saatlarında sözügedən oteldə atışma səsləri eşidilib. Daha sonra təqribən 170 nəfər girov götürülüb.

Oteldə törədilən terror aktına görə məsuliyyəti "Əl-Qaidə" terror təşkilatı öz üzərinə götürüb.

Son xəbərlər

Orphus sistemi