Yuxarı

Malidə naməlum şəxslər restorana hücum edib, 5 ölü, 8 yaralı

Ölənlər arasında biri polis olmaqla 2 yerli sakin və 3 avropalı var

Bakı. 7 mart. REPORT.AZ/ Malinin paytaxtı Bamakoda naməlum şəxslər restorana hücum edib, 5 nəfər həlak olub. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Frans-Press" agentliyi yerli polis nümayəndələrinə istinadən bildirib. 

Məlumata görə, ölənlər arasında biri polis olmaqla 2 yerli sakin və 3 avropalı var. Hazırda ölənlərdən ikisinin Fransa və Belçika vətəndaşları olduqları müəyyənləşib. Hadisə nəticəsində daha 8 nəfər yaralanıb. 

Faktla bağlı 2 nəfər həbs olunub. Hücumun səbəbləri məlum deyil.

Hakimiyyət orqanları bu hadisəni hələlik şərh etməyib, təhqiqat aparılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi