Bakı. 31 iyul. REPORT.AZ/ Malinin şimal-şərqində hökumət qüvvələri ilə müqavimət hərəkatının silahlıları arasında baş vermiş silahlı toqquşmada 6 nəfər ölüb.
"Report"un məlumatına görə, bu barədə "Associated Press" xəbər yayıb.
Məlumata görə, toqquşma ölkənin şimal-şərqindəki Edjerere yaşayış məntəqəsində baş verib. Ölənlərin müqavimət hərəkatının üzvləri olduğu bildirilir.
Digər məlumatda isə bildirilir ki, Qosi şəhərində partlayıcı qurğunun işə düşməsi nəticəsində 2 hərbçi ölüb, 3 nəfər yaralanıb.