Malidə hərbi hissəyə hücum olub, 39 nəfər ölüb

Malidə hərbi hissəyə hücum olub, 39 nəfər ölüb Afrikanın qərbində yerləşən Malidə hərbi hissəyə hücum nəticəsində 39 nəfər ölüb, 12 nəfər yaralanıb
Digər ölkələr
31 dekabr 2021 07:00
Malidə hərbi hissəyə hücum olub, 39 nəfər ölüb

Afrikanın qərbində yerləşən Malidə terrorçuların hərbi hissəyə hücum nəticəsində 39 nəfər ölüb, 12 nəfər yaralanıb.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, ölənlərdən 8-i hərbçidir.

Təhlükəsizlik qüvvələrinin keçirdiyi irimiqyaslı əməliyyat nəticəsində hərbi hissəyə hücum edən 31 silahlı zərərsizləşdirilib.

Bildirilib ki, hadisə Malinin şimal-qərbində, Sahel bölgəsinin Nara qəsəbəsində baş verib. Bu bölgə Burkina-Faso, Mali və Nigerlə sərhəddə yerləşir. Son illər bu ərazi “Əl-Qaidə” və İŞİD terror qruplaşmalarının hücumlarına məruz qalır.

Terrorçulara qarşı mübarizə məqsədilə 2013-cü ildən Malidə xarici ölkələrin qoşunları yerləşdirilib. Fransanın sülhməramlıları da bu məqsədlə ölkədə dislokasiya olunub. Mali hakimiyyəti dəfələrlə Fransa hərbçilərinin fəaliyyətindən narazılığını bildirib.

Son xəbərlər

Orphus sistemi