Malidə hərbçilər dövlət çevrilişinə cəhdə başlayıblar

Malidə hərbçilər dövlət çevrilişinə cəhdə başlayıblar Malinin paytaxtı Bamako baş verən dövlət çevrilişinə polkovnik Dyo başçılıq edir
Digər ölkələr
18 Avqust , 2020 17:22
Malidə hərbçilər dövlət çevrilişinə cəhdə başlayıblar

Malinin paytaxtı Bamakoda baş verən dövlət çevrilişinə cəhdə polkovnik Dyo başçılıq edir.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, silahlı qüvvələrin baş qərargahını ələ keçirən hərbçilər prezident sarayına doğru yola düşüblər.

Bildirilib ki, atışmalar nəticəsində azı 5 nəfər öldürülüb.

Məlumata görə, qiyamçılar iqtisadiyyat və maliyyət naziri daxil olmaqla daha bir neçə naziri girov götürüblər.

Qeyd edək ki, Malinin müxalifəti bu gündən etibarən geniş etiraz aksiyalarına başlamağa çağırıb. Onların tələblərindən biri ölkə başçısı İbrahim Bubakar Keytanın istefasıdır.

Son xəbərlər

Orphus sistemi