Malidə BMT-nin azı 4 sülhməramlısı qətlə yetirilib

Malidə BMT-nin azı 4 sülhməramlısı qətlə yetirilib Bakı. 21 yanvar. REPORT.AZ/ Bazar günü BMT-nin Malidə sabitləşdirmə üzrə Çoxprofilli kompleks missiyasının (MINUSCA) 4 sülhməramlısı bu ölkədə silahlıların hücumu nəticəsində həlak olub.
Digər ölkələr
21 Yanvar , 2019 06:40
Malidə BMT-nin azı 4 sülhməramlısı qətlə yetirilib

Bakı. 21 yanvar. REPORT.AZ/ Bazar günü BMT-nin Malidə sabitləşdirmə üzrə Çoxprofilli kompleks missiyasının (MINUSCA) 4 sülhməramlısı bu ölkədə silahlıların hücumu nəticəsində həlak olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə diplomatik mənbələrə istinadən "Franc Press" məlumat yayıb.

Malinin təhlükəsizlik orqanlarının nümayəndələri isə hücum nəticəsində 6 sülhməramlının öldüyünü, daha 19-nun yaralandığını bildiriblər. Həmçinin bir neçə terrorçu zərərsizləşdirilib.

Hücum Aqelxok yaşayış məntəqəsi ərazisində qeydə alınıb.

Daha əvvəl BMT-nin Mərkəzi Afrika Respublikasında sabitləşdirmə üzrə Çoxprofilli kompleks missiyasının (MINUSCA) sülhməramlısı ölkənin qərbində yaraqlıların hücumu nəticəsində ölüb.

Son xəbərlər

Orphus sistemi