Malidə 20-dən çox hərbçi öldürülüb

Malidə 20-dən çox hərbçi öldürülüb Malinin şərqində yaraqlılar hərbçilərin patrul dəstəsinə silahlı hücum edib.
Digər ölkələr
19 Noyabr , 2019 01:30
Malidə 20-dən çox hərbçi öldürülüb

Malinin şərqində yaraqlılar hərbçilərin patrul dəstəsinə silahlı hücum edib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, hadisə Tabankorte vilayətində baş verib.

Terrorçulara qarşı keçirilən əməliyyat zamanı hərbçilər yaraqlıların silahlı hücumuna məruz qalıb. 

Nəticədə 24 hərbçi öldürülüb, 29-u yaralanıb.

Tərəflər arasında baş verən atışmada 17 terrorçu məhv edilib. 

Son xəbərlər

Orphus sistemi