Yuxarı

​Maldivi prezidentinin müavini ölkə prezidentinə sui-qəsddə ittiham olunur

Hadisə prezident Həcc ziyarətindən dönərkən baş verib

Bakı. 24 oktyabr. REPORT.AZ/ Maldiv prezidentinin müavini Məhəmməd Cəmil Əhməd ölkə prezidenti Abdullah Yaminə sui-qəsd təşkil etməkdə şübhəli bilinərək tutulub.

"Report"un  məlumatına görə, bu haqda ölkənin daxili işlər naziri Ömər Nasir "twitter" səhifəsində yazıb. Nazir bildirib ki, prezidentin müavini Məhəmməd Cəmil Əhməd "dövləti xəyanətdə" ittiham olunur.

Qeyd edək ki, bu il sentyabrın 28-də Maldiv adalarının prezidenti Abdulla Yamin xanımı Fatimə İbrahimlə Həcc ziyarətindən dönərkən, kateri qəzaya uğramışdı. Həmin hadisədə prezidentin xanımı və daha iki nəfər xəsarət almışdı. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi