Maldiv adalarının keçmiş prezidenti 5 il həbs cəzasına məhkum edilib

Maldiv adalarının keçmiş prezidenti 5 il həbs cəzasına məhkum edilib Maldiv Respublikasında məhkəmə ölkənin keçmiş prezidenti Abdulla Yamini çirkli pulların yuyulmasında günahkar bilərək 5 il həbs cəzasına məhkum edib.
Digər ölkələr
29 Noyabr , 2019 12:40
Maldiv adalarının keçmiş prezidenti 5 il həbs cəzasına məhkum edilib

Maldiv Respublikasında məhkəmə ölkənin keçmiş prezidenti Abdulla Yamini çirkli pulların yuyulmasında günahkar bilərək 5 il həbs cəzasına məhkum edib.

"Report" TASS-a istinadən xəbər verir ki, sabiq dövlət başçısı həmçinin 5 milyon ABŞ dollar məbləğində cərimələnib.

Məhkəmə A.Yamini həmçinin hotel tikintisi üçün özəl şirkətlərə torpaq sahəsinin icarəyə verilməsi hesabına dövlət büdcəsinə köçürülməli olan 1 milyon ABŞ dolları məbləğində vəsaitin mənimsənilməsində də ittiham edib.

Məhkəmə zamanı Maldiv Baş Prokurorluğu istintaqa mane olmağa cəhd göstərdiyinə və yalan ifadələr verdiyinə görə sabiq prezidentə daha sərt cəza tələb edib. 

A.Yamin ünvanına yönələn ittihamların hamısını rədd edib.

Son xəbərlər

Orphus sistemi