Maldiv adalarında yen növ koronavirusdan ilk ölüm faktı təsdiqlənib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Avas” nəşri məlumat yayıb.
Ölkənin Sağlamlığı Qoruma Agentliyinin (HPA) məlumatına görə, 83 yaşlı qadın çərşənbə axşamı virusun yaratdığı fəsadlar səbəbi ilə ölüb. O, nəfəs problemi ilə əlaqədar xəstəxanaya aparılarkən yolda keçinib.
Ölkənin Səhiyyə Nazirliyindən bildirilib ki, qadından koronavirus üçün test aprelin 27-də götürülüb. Testin nəticəsinin müsbət olması isə onun ölümündən sonra təsdiqlənib.
Hazırda ölkədə 280 yoluxma halı qeydə alınıb.