Yuxarı
    Bağlamaq

    Maldiv adalarında fövqəladə vəziyyət elan edilib

    Hökumət rəhbərliyi milli təhlükəsizlik ilə əlaqədar 30 günlük fövqəladə vəziyyət elan edib

    Bakı. 4 noyabr. REPORT.AZ/ Maldiv adalarında fövqəladə vəziyyət elan edilib. "Report" AFP-yə istinadən xəbər verir ki, hökumət rəhbərliyi milli təhlükəsizlik ilə əlaqədar olaraq 30 gün müddətində fövqəladə vəziyyət tətbiq edəcək.

    Məsələ ondadır ki, sentyabr ayının sonlarında ölkə prezidenti Abdulla Yamin Həcc ziyarətindən qayıqla qayıdarkən partlayış olub. Prezidentin xanımı və köməkçisinin yüngül xəsarət aldığı hadisə ilə bağlı istintaq başlayıb.

    Oktyabrın 24-də isə araşdırma çərçivəsində ölkənin vitse-prezidenti Əhməd İdib həbs edilib. O, dövlətə xəyanətdə ittiham olunur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi