Yuxarı
    Bağlamaq

    ​Malaziyaya məxsus "Boeing" Hindistanda təcili eniş edib

    Hava gəmisi Amsterdam-Kuala-Lumpur reysini yerinə yetirib

    Bakı. 3 sentyabr. REPORT.AZ/ Amsterdamdan Kuala-Lumpura uçan Malaziyaya məxsus "Boeing 777" təyyarəsi Hindistanın Çennai şəhərinə təcili eniş edib.

    "Report" xəbər verir ki, bu barədə "Malaysia Airlines" aviaşirkətinin nümayəndəsi məlumat verib.

    Onun sözlərinə görə, təcili enişə təyyarənin tualet otaqlarının işində yaranan nasazlıq səbəb olub. Bütün çatışmazlıqlar aradan qaldırıldıqdan sonra layner səhər uğurla təyinat məntəqəsinə çatıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi