​Malaziyada iki qayığın toqquşması nəticəsində 6 nəfər ölüb

​Malaziyada iki qayığın toqquşması nəticəsində 6 nəfər ölüb Qayıqlarda müxtəlif şəhərlərdə toy mərasimlərinə gedən 50-dən çox insan olub
Digər ölkələr
13 Mart , 2016 11:06
​Malaziyada iki qayığın toqquşması nəticəsində 6 nəfər ölüb

Bakı. 13 mart. REPORT.AZ/ Malaziyada iki qayığın toqquşması nəticəsində ən azı 6 nəfər ölüb, bir neçə nəfər ciddi xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə bazar günü "New Straits Times" qəzeti yazıb.

İnsident şənbə günü axşam Sabah əyalətinin Borneo adasının şimal-qərb hissəsində baş verib. Müxtəlif şəhərlərdə toy mərasimlərinə gedən iki qayıqda ümumilikdə 50-dən çox adam olub.

Hadisə nəticəsində 10 nəfər xəstəxanaya yerləşdirilib, onlardan ikisinin vəziyyəti ağırdır.

Son xəbərlər

Orphus sistemi