​Malaziyada gəmi batıb, 15 nəfər itkin düşüb

​Malaziyada gəmi batıb, 15 nəfər itkin düşüb Balıqçı gəmisi şənbə günü axşam saatlarında qəzaya uğrayıb
Digər ölkələr
21 Fevral , 2016 09:44
​Malaziyada gəmi batıb, 15 nəfər itkin düşüb

Bakı. 21 fevral. REPORT.AZ/ Malaziyanın şimal-qərbində, Lanqkavi arxipelaqı yaxınlığında balıqçı gəmisinin qəzaya uğraması nəticəsində 15 nəfər itkin düşüb.

"Report" "Star" qəzetinə istinadən xəbər verir ki, Malaziyanın Dənizdə Xilasetmə Xidmətinə şənbə günü axşam qəzaya uğramaqda olan gəmi barədə məlumat daxil olub.

Xilasetmə gəmisi Malaka körfəzində Pulay Payyar adasından təqribən 10 dəniz mili aralıda qeydə alınan qəza yerinə yollanıb.

Xilasetmə işləri bu gün səhər də davam etdirilib. Batan gəminin göyərtəsində olan 15 nəfərin aqibəti hələ də məlum deyil.

Son xəbərlər

Orphus sistemi