Yuxarı

​Malaziya sahillərində 43 miqrant meyiti tapılıb

Onlar cümə axşamı qəzaya uğrayan qayığın sərnişinləri olublar

Bakı. 6 sentyabr. REPORT.AZ/ Malaziyanın qərb sahillərində qeyri-leqal miqrantları daşıyan qayığın qəzaya uğradığı yerdə xilasedicilər 43 meyit aşkar ediblər.

"Report" xəbər verir ki, bu barədə ölkənin Hilir Perak dairə polisinin rəis müavini Şuhayli Mohd Zain məlumat verib.

O təsdiq edib ki, ötən sutka ərzində gəmidə olan sərnişinlərdən birini belə xilas etmək mümkün olmayıb. Polisin sözlərinə görə, qəza nəticəsində sağ qalanların sayı 20 nəfər təşkil edib.

Qayıqda ümumilikdə 80 qeyri-leqal miqrant olub. Gəmi İndoneziya bayrağı altında üzüb və cümə axşamı Malaziya sahillərində batıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi