Malayziyanın sabiq baş nazirinin müsadirə olunmuş mülkiyyətinin dəyəri 277 milyon dollar təşkil edib

Malayziyanın sabiq baş nazirinin müsadirə olunmuş mülkiyyətinin dəyəri 277 milyon dollar təşkil edib Ondan qızılla dolu 25 çanta, 12 min ədəd zinət əşyası, 567 "Hermes" çantası, 423 ədəd qol saatı müsadirə olunub
Digər ölkələr
27 İyun , 2018 11:19
Malayziyanın sabiq baş nazirinin müsadirə olunmuş mülkiyyətinin dəyəri 277 milyon dollar təşkil edib

Bakı. 27 iyun. REPORT.AZ/ Malayziyanın keçmiş baş naziri Nəcib Razakdan müsadirə edilmiş qiymətli əşyaların və predmetlərin ümumi dəyəri, təxminən, 277 milyon ABŞ dolları təşkil edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Malayziya polisi bildirib.

Polisin məlumatına görə, ümumilikdə qızılla dolu 25 çanta, təqribən, 12 min ədəd zinət əşyası, 567 "Hermes" çantası, 423 ədəd qol saatı, 234 ədəd günəş gözlüyü və 26 valyutada nağd pul müsadirə edilib. Hüquq-mühafizə orqanlarından həmçinin tezliklə Nəcib və həyat yoldaşının sorguya cəlb olunacağı bildirilib.

Qeyd olunur ki, bu, ölkə tarixdə ən böyük mülkiyyət müsadirəsidir.

Bu il mayın 9-da keçirilmiş parlament seçkilərində müxalifətin gözlənilməz qələbəsi Mahathir Mohamada baş nazir kreslosuna əyləşmək imkanı verib. 92 yaşlı siyasətçi son bir neçə ildə Nəcibin əsas tənqidçisi idi və onu korrupsiyaya qurçanmaq da ittiham edirdi. Seçkilərdəki qələbə ona əvvəlki kabinetin və şəxsən Nəcibin fəaliyyətini araşdırmağa başlanması barədə göstəriş verməyə imkan yaradıb. Hazırda keçmiş baş nazir investisiya fondunda mənimsəmə işi üzrə şahid qismində çıxış edir, lakin onun Malayziyanı tərk etməsinə qadağa qoyulub.

Son xəbərlər

Orphus sistemi