Malayziyanın baş naziri: "KXDR ilə diplomatik münaqişə həll edilib"

Malayziyanın baş naziri: "KXDR ilə diplomatik münaqişə həll edilib" Şimali Koreyadan çıxışı qadağan edilmiş 9 malayziyalının vətənə qayıtmasına icazə verilib
Digər ölkələr
30 Mart , 2017 17:42
Malayziyanın baş naziri: KXDR ilə diplomatik münaqişə həll edilib

Bakı. 30 mart. REPORT.AZ/ "Malayziya və Koreya Xalq Demokratik Respublikası (KXDR) arasındakı diplomatik münaqişə həllini tapıb, Şimali Koreyada qalan malayziyalılar ölkəni tərk edəcəklər."

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Malayziyanın Baş naziri Nəcib Razak bildirib.

Onun sözlərinə görə, 9 malayziyalı artıq Pxenyandan havaya qalxıblar və sabah səhər saat 05:00-da Kuala Lumpura enəcəklər.

Eyni zamanda, Malayziya hakimiyyəti də KXDR vətəndaşlarının ölkədən çıxışı ilə bağlı qadağanı aradan qaldırıb.

Xatırladaq ki, fevralın ortalarında KXDR liderinin ögey qardaşı Kim Çen Nam Kuala Lumpur hava limanında öldürüldükdən sonra Malayziya və Şimali Koreya qarşı tərəfin vətəndaşlarının gediş-gəlişini qadağan edib.

Son xəbərlər

Orphus sistemi