Malayziyanın 94 yaşlı baş naziri istefa verdi

Malayziyanın 94 yaşlı baş naziri istefa verdi Malayziyanın baş naziri Mahathir Bin Mohamadı bu gün istefa ərizəsi yazıb.
Digər ölkələr
24 Fevral , 2020 10:49
Malayziyanın 94 yaşlı baş naziri istefa verdi
Mahathir Bin Mohamadı / bangkokpost

Malayziyanın baş naziri Mahathir Bin Mohamadı bu gün istefa ərizəsi yazıb.

“Report” xəbər verir ki, bu barədə hökümət başçısının administrasiyası məlumat yayıb. 

“Müvafiq ərizə Malayziyanın Ali başçısına (krala) göndərilib”, - açıqlamada bildirilib.

Baş nazirin istefa verməsinə səbəb müxalifət partiyaları ilə koalisiya qurmaq üçün apardığı danışıqların nəticəsiz qalması olub.

Qeyd edək ki, 94 yaşlı M.Mohamad 15 il ara ilə ümumilikdə 24 il ölkənin baş naziri vəzifəsində çalışıb. O, ötən ilin sonunda 2030-cu ilə qədər hakimiyyətdə qalacağını istisna etməmişdi. Mahathir Bin Mohamadı yalnız əvvəlki hökumətin yaratdığı problemləri həll etdikdən sonra postundan gedəcəyinə söz vermişdi.

Son xəbərlər

Orphus sistemi