Yuxarı

Malayziyada zəlzələdən sonra itkin düşən 8 nəfərin axtarışı davam etdirilir

Rixter şkalası ilə 5.9 bal gücündə zəlzələ 11 adamın ölümünə səbəb olub

Bakı. 6 İyun. REPORT.AZ/ Malayziyanın Borneo adasındakı Sabah ştatında baş verən zəlzələdən sonra itkin düşən 8 nəfərin axtarışı davam etdirilir.

"Report" Amerikanın Səsinə istinadən xəbər verir ki, Rixter şkalası ilə 5.9 bal gücündə zəlzələ 11 adamın ölümünə səbəb olub.

Cümə günü gecə 30 yaşlı bələdçi və 12 yaşlı sinqapurlu məktəbli qızın cəsədi aşkar edilib. 9 cəsəd isə bu gün dağıntılar altından çıxarılıb.

Xəsarət alan 20 adam yerli xəstəxanalara çatdırılıb. Zəlzələ bir neçə binaya ziyan vurub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi