Malayziyada yol qəzasında 10 nəfər ölüb

Malayziyada yol qəzasında 10 nəfər ölüb Kuala Lumpur Beynəlxalq Hava Limanına yaxınlığında baş verən qəzada 10 nəfər həlak olub, 33 nəfər ciddi xəsarət alıb.
Digər ölkələr
8 Aprel , 2019 06:50
Malayziyada yol qəzasında 10 nəfər ölüb

Kuala Lumpur Beynəlxalq Hava Limanına yaxınlığında baş verən qəzada 10 nəfər həlak olub, 33 nəfər ciddi xəsarət alıb. 

"Report" RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə "Star" məlumat yayıb. 

Belə ki, 43 nəfərin olduğu avtobusda sürücü idarəetməni itirib və su kanalına yuvarlanıb.

Hadisə yerinə dərhal xilasetmə qrupları gəlib. Lakin 8 əcnəbi vətəndaş və sürücü hadisə yerindəcə, digər bir sərnişin isə xəstəxanada həyatını itirib. 

Qalan 34 yaralı yerli xəstəxanalara aparılıb.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi