Malayziyada yeni kral taxta çıxıb

Malayziyada yeni kral taxta çıxıb Malayziyanın Kelantan ştatının sultanı V Məhəmməd ölkənin müstəqillik qazanmasından sonra 15-ci hökmdar olub
Digər ölkələr
13 Dekabr , 2016 13:15
Malayziyada yeni kral taxta çıxıb

Bakı. 13 dekabr. REPORT.AZ/Malayziyanın Kelantan ştatının sultanı V Məhəmməd bu gün ölkə kralı taxtına çıxıb.

"Report" xəbər verir ki, 2021-ci ilə qədər taxtda qalacaq V Məhəmməd ölkənin 1957-ci ildə müstəqillik qazanmasından sonra 15-ci hökmdar olub.

Konstitusiyaya əsasən, Malayziya kralı taxt-tacına ölkənin 9 ştatının sultanlarından biri 5 illik müddətə və rotasiya prinsipi əsasında sahib olur.

V Məhəmməd tacı Kedah ştatının sultanı Abdul Halim Muadzamdan təhvil alıb.

Qeyd edək ki, Malayziya kralı ölkənin Ali Başçısı sayılır. O həm də ölkə ordusunun Ali Baş Komandanıdır və Malayziyanı müxtəlif rəsmi tədbirlərdə təmsil edir.

İngilis versiyası Malaysia crowns a new king

Son xəbərlər

Orphus sistemi