Malayziyada yeni kral seçilib

Malayziyada yeni kral seçilib Növbəti beş il ərzində kral Kelantan ştatının sultanı V Məhəmməd olacaq
Digər ölkələr
14 Oktyabr , 2016 17:30
Malayziyada yeni kral seçilib

Bakı. 14 oktyabr. REPORT.AZ/ Malayziyada yeni kral seçilib.

"Report" TASS-a istinadən xəbər verir ki, növbəti beş il ərzində kral Kelantan ştatının sultanı V Məhəmməd olacaq.

Bu barədə məlumat Hökmdarlar Şurasının 9 üzvü (irsi sultanlar) arasında kral rəsmi iqamətgahı olan İstana Neqara sarayında keçirilən gizli səsvermənin yekununda elan edilib.

Ənənəyə görə, monarx taxt-taca bu il dekabrın 13-də sahib olacaq.

Qeyd edək ki, buna qədər Əbdül Halim Muadzam Şah müasir Malayziya tarixində ilk dəfə iki beş illik müddətə hökmdar olub.

İngilis versiyası New king of Malaysia elected

Son xəbərlər

Orphus sistemi