Malayziyada xəstəxanada yanğın nəticəsində 6 nəfər ölüb

Malayziyada xəstəxanada yanğın nəticəsində 6 nəfər ölüb Onlar palatada güclü tüstülənmə nəticəsində boğulublar
Digər ölkələr
26 Oktyabr , 2016 06:07
Malayziyada xəstəxanada yanğın nəticəsində 6 nəfər ölüb

Bakı. 26 oktyabr. REPORT.AZ/ Malayziyanın Cohor ştatının paytaxtı Cohor-Baru şəhərində yerləşən "Sultanah Aminah" xəstəxanasının intensiv terapiya şöbəsində yanğın nəticəsində ən azı 6 nəfər ölüb və yalnız bir nəfəri xilas etmək mümkün olub.

"Report" xəbər verir ki, bu barədə yerli polis rəhbərlərindən biri olan Süleyman Salleh məlumat verib.

"Biz hesab edirik ki, onların hamısı palatada yaranan güclü tüstülənmədən ölüblər", — deyə "Star" nəşri onun sözlərini sitat gətirib.

Cohorun Yanğın Mühafizə Xidmətinin rəhbəri Osman Abdullahın sözlərinə görə, binanın yüzlərlə əməkdaş və xəstə olan iki mərtəbəsini əhatə edən yanğının söndürülməsi üçün 10 yanğınsöndürən maşın və 160 işçinin əməyi tələb olunub.

Son xəbərlər

Orphus sistemi