Malayziyada xəstəxanada baş vermiş yanğında 6 nəfər ölüb

Malayziyada xəstəxanada baş vermiş yanğında 6 nəfər ölüb Ölənlərin hamısı xəstəxananın pasiyentləri olub
Digər ölkələr
25 Oktyabr , 2016 08:45
Malayziyada xəstəxanada baş vermiş yanğında 6 nəfər ölüb

Bakı. 25 oktyabr. REPORT.AZ/ Malayziyadakı xəstəxanalardan birində güclü yanğın baş verib.

"Report"un məlumatına görə, bu barədə "Star" qəzetinin elektron versiyası xəbər yayıb.

Məlumatda bildirilir ki, hadisə Coxor-Baru şəhərində, yerli vaxtla saat 9-da qeydə alınıb. Yanğın nəticəsində 6 nəfər həlak olub.

Şahidlərin sözlərinə görə, ölənlərin hamısı xəstəxananın pasiyentləri olub. Xilasedicilər 100 nəfəri təxliyə ediblər.

Son xəbərlər

Orphus sistemi