Malayziyada terror təhlükəsinə görə küçələrə hərbi və polis patrulları çıxarılır

Malayziyada terror təhlükəsinə görə küçələrə hərbi və polis patrulları çıxarılır Ölkənin bütün giriş nöqtələrində təhlükəsizlik tədbirləri gücləndirilib
Digər ölkələr
19 Yanvar , 2016 14:15
Malayziyada terror təhlükəsinə görə küçələrə hərbi və polis patrulları çıxarılır

Bakı. 19 yanvar. REPORT.AZ/ Malayziya hökuməti terror hücumları təhlükəsinə görə ən izdihamlı küçələrə hərbi və polis patrulları çıxarılmasıyla bağlı sərəncam verib. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin baş naziri Nəcib Razak verib.

Milli Təhlükəsizlik Şurasının ekstremizm problemləri üzrə xüsusi iclasında çıxış edən N.Razak hökumətin hər şeyə nəzarət etdiyini və ölkə sakinlərinin normal fəaliyyətini davam etdirə biləcəklərini diqqətə çatdırıb.

Xatırladaq ki, bir gün əvvəl Malayziya Nəqliyyat Nazirliyi ölkənin bütün giriş nöqtələrində təhlükəsizlik tədbirlərinin gücləndirildiyini bildirmişdi.

Son xəbərlər

Orphus sistemi