Bakı. 31 avqust. REPORT.AZ/ Malayziyanın hüquq-mühafizə orqanları müstəqillik günü ərəfəsində terror aktları planlaşdıran 3 İŞİD üzvünü həbs edib.
"Report"un "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ölkə polisinin rəhbəri Xalid Əbu Bəkrin bəyanatında bildirilir.
Onun sözlərinə görə, qruplaşmanın rəhbəri Məhəmməd Vandi olub. "Həbs olunanlar ekstremistlər tərəfindən göstəriş alaraq xüsusən ticarət-əyləncə mərkəzlərində, polis məntəqələrində, eləcə də Selanqor ştatındakı hindu məbədin ştatına hücum planlaşdırıblar", - deyə ölkənin baş polisi məlumat verib.
Xalid onu da əlavə edib ki, saxlanılanların 20-27 il yaşı var. Onlardan odlu silah və qumbara götürülüb.
Gənclər terror aktları törətdikdən sonra Malayziyanı tərk edərək Suriyaya getməyi planlaşdırıblar.